Mixeil Saakaşviliyə daha 4 il 6 ay müddətinə həbs verildi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sərhədi qanunsuz keçmə ittihamına görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, hökm Tbilisi Şəhər Məhkəməsində elan olunub.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana dönüb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb.

Qeyd edək ki, məhkəmənin martın 12-də açıqladığı qərarla eks-prezident 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə 9 il müddətinə həbs olunub.

Məhkəmədə M.Saakaşvili ilə bağlı daha iki cinayət işinə baxılır. İşlər 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin amansızlıqla dağıdılması və “İmedi” telekanalının qanunsuz mənimsənilməsi ilə bağlıdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button