MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Polise.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button