Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır

Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır.

Bunu  “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

Onun sözlərinə görə, COP29 Azərbaycan üçün əlamətdar hadisədir: “Biz beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün hər fürsəti yaratmağa, Azərbaycana dəstək göstərməyə hazırıq”.

Səfir Pakistanın Baş naziri Şahbaz Şərifin COP29-da iştirak üçün Azərbaycana edəcəyi səfər çərçivəsində iki ölkənin birgə əməkdaşlığının inkişafı üçün görüləcək işlərdən də danışıb: “Hazırda səfərin gündəliyi məlum deyil. Hansısa sənədlərin imzalanıb-imzalanmayacağı bəlli deyil. Səfərin məqsədi COP29-da iştirak olacaq. Ətraf-mühit, iqlim mövzularında müzakirələr aparmaqda, əməkdaşlıqda maraqlıyıq və COP çərçivəsində Azərbaycana bacardığımız dəstəyi göstərməyə hazırıq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button