Monte Melkonyan bir zamanlar: “Qarabağ getsə, Ermənistanın tarixi başa çatacaq”
Ermənistan noyabrın 25-də terrorçu Monte Melkonyanın ad gününü qeyd edəcək. Sağ qalsaydı indi onun 63 yaşı olacaqdı. Ancaq Azərbaycan ordusu onu 1993-cü ilin iyunun 12-də (35 yaşında) Ağdamın Mərzili kəndində məhv etdi.
O, ABŞ-da doğulub. ASALA terror təşkilatına rəhbərlik edib. İki dəfə Türkiyə diplomatlarına qarşı terror hücumlarına görə Fransada həbs olunub. Hər dəfə də erməni terroruna dəstək verən Fransa həyasız şəkildə çox qısa zamandan sonra onu həbsdən azad edərək xaricə göndərib.
Ən maraqlısı odur ki, Dağlıq Qarabağda 4 min döyüşçüyə rəhbərlik etmiş bu terrorçunun şərəfinə 1993-cü ildə İrəvanda hərbi akademiya təsis edilib.
Monte Melkonyanın Dağlıq Qarabağla bağlı belə bir fikri vardı: “Əgər Qarabağı itirsək erməni tarixinin sonuncu vərəqini qapatmış olacağıq”. O deyirdi ki, əgər Azərbaycan erməniləri Qarabağdan vurub çıxartsa, onlar daha sonra Zəngəzurda və Ermənistanın digər regionlarında üstünlük əldə edəcəklər. Onun baxışına görə, Ermənistanın uzun müddətli əmin-amanlığı həlledici şəkildə Qarabağın taleyindən asılıdır.
Gerisini özünüz fikirləşin.