Moskva danışıqlara razılıq verməklə ABŞ sanksiyalarından yayınmaq istəyir-Kallas

Rusiya rəhbərliyi sülh danışıqlarına razılıq verməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalardan yayınmağa çalışır.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında deyilir.

Onun sözlərinə görə, Moskva Ukraynadakı müharibəni yalnız ABŞ-ın təzyiqini hiss etdikdə dayandıracaq.

“Rusiya ABŞ sanksiyalarından qaçmaq üçün dialoq təklifi irəli sürüb. Lakin Moskvanın pozulmuş vədlər və sazişlər tarixçəsi Atlantikanın hər iki tərəfində dərin etimadsızlıq yaradıb”, – deyə Kallas vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button