Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başladı.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir.

Qeyd edək ki, iclas çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

İclasdan öncə nazirlər birgə foto çəkdirdilər. Daha sonra nazirlər mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclas keçirəcəklər. Bakı vaxtı ilə saat 14-də xarici işlər nazirləri şurasının plenar iclasının keçirilməsi planlaşdırılır. İclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı keçiriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button