Moskvada Türkiyə əleyhinə ŞOK ANLAŞMA

PKK terror təşkilatının Suriya qanadı – PYD/YPG-nin liderlərindən biri İlham Əhmədin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya gedib.

İlham Əhmədlə Xalqın İradəsi Partiyasının sədri Qədri Cəmil paytaxt Moskvada anlaşma imzalayıb.

Razılaşma haqda açıqlama verən Qədri Cəmil bunun Suriya məsələsinin həlli ilə bağlı olduğunu söyləyib: “Bu, Suriya məsələsinin həlli üçün yeni bir addımdır”.

PYD-nin nümayəndə heyəti anlaşmanı imzaladıqdan sonra Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Suriya böhranının həlli və bu yöndə Cenevrədə aparılan danışıqlar müzakirə edilib.

Türk mediası Moskvadakı bu müzakirələri Türkiyə əleyhinə həmlə kimi qəbul edildiyini yazıb.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button