Moskvada Ukrayna ilə müharibəyə etiraz edənlər saxlanılır

Rusiyada Ukraynadakı müharibəyə qarşı etirazlar davam edir.

Növbəti belə nümayiş Moskvada təşkil olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Moskvanın Manejnaya meydanında keçirilən tədbirin iştirakçıları təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə saxlanılıb.

Hüquq-mühafizə orqanları etirazçıları xüsusi maşınlara mindirib.

Qeyd edək ki, aksiya iştirakçıları onları saxlayan şəxslərə müqavimət göstərməyiblər.

Xatırladaq ki, bu, rusiyalıların Ukrayna ilə müharibəyə qarşı ilk mitinqi deyil.

Hamısını Göstər

Related Articles

Back to top button