Mqer Qriqoryan: “Azərbaycan-Rusiya-Ermənistan komissiyası işini dayandırıb”
Ermənistan, Rusiya və Azərbaycanın regional kommunikasiya infrastrukturunun blokdan çıxarılması üzrə üçtərəfli komissiya Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə əlaqədar işini dayandırıb.
TASS agentliyi xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan deyib.
“Komissiya işini davam etdirmir, çünki effektiv və səmərəli iş üçün uyğun fona ehtiyac var. Düşünmürəm ki, sərhəddə belə bir vəziyyət olduğu müddətdə konstruktiv iş görmək mümkün olsun. Hazırda bu xətt üzrə kontaktlarımız kəsilib, görək gələcəkdə nəcə olur”, – deyə M. Qriqoryan söyləyib.