MSK sədri: “Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcəyini bəyan edib.
Polise.az-ın xəbərinə görə, o, bu barədə qurumun bu gün keçirilən iclasında danışıb.
“Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanın nəzərdə tutur – red) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq”, – MSK sədri bildirib.
M.Pənahov KİV-lərə də çağırış edib: “Azad edilmiş ərazilərdəki seçkilər daha yaxşı işıqlandırılmalıdır. Artıq dünya Azərbaycan xalqının orada oturuşduğunu bilməlidir”.
Polise.az