Mübariz Mənsimov həbsdə QALDI
FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbul 27. Ağır Cəza Məhkəməsində bu gün məhkəməsi keçirilib.
15 ilə qədər həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.
Məhkəmə M. Mənsimovun həbsdə saxlanması ilə bağlı qərar verib.
Növbəti məhkəmə prosesi dekabrın 9-da keçiriləcək.