Müctəba Xameneinin lider seçilməsinə Trampın və Qərb mediasının münasibəti yayıldı

CNN və digər Qərb media qurumlarının yazdığına görə, Müctəba Xameneinin İranın ali lideri postuna gətirilməsi ölkənin siyasi sistemində hakimiyyətin faktiki olaraq atasından oğula keçməsi kimi qiymətləndirilir.

1979-cu il inqilabı məhz belə bir siyasi modelə – şah rejimində mövcud olan irsi hakimiyyət sisteminə qarşı başlamışdı. Lakin indi ali lideri seçən 88 nəfərlik Ekspertlər Şurası atasının yerinə oğlunu gətirməklə sistemi faktiki olaraq siyasi dinastiyaya çevirir.

Qərb analitiklərinin fikrincə, Müctəba Xameneinin hakimiyyətə gəlməsinin arxasında əsasən SEPAH və sərt xətt tərəfdarlarının dəstəyi dayanır. Uzun illər rəsmi vəzifə tutmasa da, o, atasının aparatında və təhlükəsizlik strukturlarında böyük təsirə malik fiqur kimi tanınırdı.

ABŞ prezidenti Donald Tramp bu təyinata sərt reaksiya verərək bildirib: “Xameneinin oğlunun atasının yerinə keçməsi qəbuledilməzdir.”

7f68778b-7e79-4667-ac23-7b633935e643.jpg (88 KB)

2019-cu ildə ABŞ Maliyyə Nazirliyi Müctəba Xameneiyə qarşı sanksiya tətbiq etmişdi. Vaşinqton onu İnqilab Keşikçiləri ilə birlikdə İranın regional siyasətini və ölkə daxilində repressiv tədbirləri gücləndirməkdə ittiham edirdi.

Qərb mediasında Müctəba Xamenei sərt və kompromisssiz fiqur kimi təsvir olunur. Onun adı xüsusilə 2009-cu ildə İranda baş verən kütləvi etirazların amansız şəkildə yatırılması ilə bağlı tez-tez çəkilir. Həmin günlərdə Tehranın küçələrində etiraz edənlər bir şüarı tez-tez səsləndirirdilər: “Müctəba, ölsən yaxşıdır ki, lider olmayasan.” Bu şüar onun hakimiyyətə varis kimi hazırlandığına dair cəmiyyətdə mövcud olan qorxunun açıq ifadəsi idi.

Qərb müşahidəçilərinin fikrincə, Müctəba Xameneinin hakimiyyətə gətirilməsi İran hakimiyyətini gücləndirməkdən çox, əksinə sistemi daha böyük risk qarşısında qoya bilər. Analitiklər hesab edir ki, belə bir fiqurun hakimiyyətə gəlməsi İranı daha sərt siyasi kursa aparacaq və ölkəni beynəlxalq təzyiq və sanksiyalar qarşısında daha həssas vəziyyətə sala bilər.

Bəzi ekspertlərin fikrincə isə bu qərar paradoksal nəticə verə bilər: molla rejimini möhkəmləndirmək əvəzinə onun böhranını daha da dərinləşdirə və sistemin sonunu sürətləndirə bilər.

 

E.Həsənli

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button