Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı

Azərbaycan Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı izahlı məlumat yayıb.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, 1 nömrəli səfərbərlik elan edildiyi halda Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir. Bu zaman ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir.

Bildirilib ki, səfərbərlik çərçivəsində hərbi hissələr döyüş mövqelərinə və ya əvvəlcədən müəyyən edilmiş və təyin olunmuş ərazilərə çıxarılır.

Nazirlik qeyd edib ki, bu tədbirlər Silahlı Qüvvələrin operativ hazırlığının təmin edilməsi və mümkün təhlükələrə qarşı çevik reaksiya verilməsi məqsədi daşıyır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button