Müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsaitin həcmi açıqlandı

Son zamanlar dünyada gedən proseslər, xüsusilə beynəlxalq hüququn aşınmasının gücləndiyi hazırkı şərait hər bir ölkə qarşısında ilk növbədə hərbi potensialın və təhlükəsizliyin gücləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyur.
Polise.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, bu baxımdan hesabat ilində də Azərbaycanda hərbi gücün artırılması, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, qardaş ölkələrlə hərbi müttəfiqlik formatında əməkdaşlıq genişləndirilib.
2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8068,0 mln. manat vəsait ayrılmışdır ki, bu da 2024-cü illə müqayisədə 1505,8 mln. manat və ya 22,9% çoxdur.
Polise.az



