Müharibənin ayaq səsləri – Rusiya Ukraynadakı diplomatlarına çağırış etdi: “Ölkəni tərk edin”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ilə bağlı yeniaçıqlama verib.
Sergey Lavrov “Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynadakı diplomatik missiyasındakı vəzifələrini tərk edə bilən kadrlara bir müddət ölkəni tərk etməyi tövsiyə edir”, – deyə açıqlama verib.
Ukrayna ilə Rusiya arasında bir müddət davam edən gərginlik müharibə zənglərinin çalınmasına səbəb olmuşdu. Hər iki tərəf bir-birinin ardınca açıqlamalar verərkən, prezident Ərdoğan da bu böhranda vasitəçi rolunu oynadı. Ukraynada prezident Zelenski ilə görüşən Ərdoğan Rusiya lideri Putini də Türkiyəyə dəvət edib.

Dünyanın gözünün çevrildiyi bölgədə bu gün yeni bir irəliləyiş baş verdi. Rusiya ilə Ukrayna arasında davam edən müharibə böhranı Rusiyanın ölkə sərhədində hərbi təlimlərə başlaması ilə daha da şiddətlənib. Belarusla birgə təlimə həftələrdir hazırlaşan Rusiya müharibə iddialarını gücləndirən bəyanatla çıxış edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov verdiyi açıqlamada, “Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynadakı diplomatik nümayəndəliyindəki vəzifələrini tərk edə bilən personala bir müddət ölkəni tərk etməyi tövsiyə edir” – deyə çıxış edib.

Qərbin Moskvaya qarşı təhdidlərinin Ukrayna ilə bağlı gərginliyi azaltmaq üçün heç bir iş görməyəcəyini ifadə edən Lavrov, “İdeoloji yanaşmalar, ultimatumlar, təhdidlər… bu, heç yerə aparan yol deyil” – deyə bildirib.



