Müqavimət Cəbhəsi: “Pəncşirdə mübarizə davam edir”

Əfqanıstan Müqavimət Cəbhəsinin sözçüsü Əli Nazəri Pəncşirdəki müqavimət qüvvələrinin “Taliban”la qarşıdurmalarını davam etdirdiyini açıqlayıb.

Onun sözlərinə görə, indi döyüşlər əyalətdə, Andarab və Hindukuş rayonlarında gedir.

“Həmvətənlərimiz qəhrəmancasına evimizi bu həftə gələn çirkdən təmizləyirlər”, – deyə o “Twitter”də bildirib.

Xatırladaq ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra, “Taliban” bütün böyük şəhərləri ələ keçirib və iyirmi illik müharibənin bitdiyini elan edib.

Hamısını Göstər

Related Articles

Back to top button