Müstəqillik Günü ilə bağlı böyük ƏFV GÖZLƏNİLİR

Azərbaycanda 28 may – Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması gözlənilir.

Bu barədə Musavat.com-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumat üçün bildirək ki, Əfv Komissiyası da ötən aylar ərzində ard-arda iclaslar keçirib.

Komissiyadan verilən məlumata görə, son 3 ay ərzində komissiyanın üzvlərinin, katibliyinin iştirakı ilə bütövlükdə 7 iclas baş tutub.

Komissiya 800-ə qədər müraciətə baxıb.

Onu da bildirək ki, humanizm prinsiplərini rəhbər tutan Azərbaycan Prezidenti bu kimi əhəmiyyətli günlərdə əksər hallarda əfv sərəncamı imzalayıb.

Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button