MÜTDA rəhbəri: Ölkədə 43 yeni məktəb açılır, Qarabağda hədəf 52-yə çatmaqdır

“Yeni tədris ilindən 43 yeni ümumi məktəb fəaliyyətə başlayacaq”.

Polise.az  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında bildirib.

O qeyd edib ki, ötən tədris ilində “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb:

“Yeni tədris ilindən bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

Ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button