Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum ilə görüşüb.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə M.Babayev “X” hesabında məlumat paylaşıb.

Görüş zamanı COP31-in çoxtərəflilik vasitəsilə qlobal iqlim hədəflərinin reallaşdırılması üçün kritik bir platforma olacağı vurğulanıb.

Muxtar Babayev qeyd edib ki, Azərbaycan tərəfi COP-un uğurla keçməsini dəstəkləmək, beynəlxalq iqlim fəaliyyətində davamlılığı təmin etmək və icra prosesini irəlilətmək məqsədilə COP31 Sədrliyi ilə sıx əməkdaşlıq edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button