Muxtar Babayev: Minalar təkcə insanlar üçün təhlükə yaratmır, həm də dayanıqlı inkişafa mane olur

Minalar təkcə insan həyatı üçün gizli təhlükələr yaratmır, həm də dayanıqlı inkişafa mane olur.

“Report” xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib.

“Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl sahələrə çevirməyi hədəfləyirik. Minimum emissiyaları təmin etmək üçün “ağıllı şəhərlər” və “ağıllı kəndlər” kimi innovativ texnologiyalar və yanaşmalardan istifadə edirik”, – o bildirib.

M.Babayevin sözlərinə görə, regionda tətbiq edilən “yaşıl enerji zonası” konsepsiyası da xalis sıfır hədəflərinin əldə olunmasına birbaşa töhfə verəcək: “Bu problemin həlli təkcə Azərbaycan üçün milli prioritet deyil. Bu, qlobal problemdir. Buna görə də beynəlxalq əməkdaşlıq və resursların səfərbər edilməsi eyni dərəcədə vacibdir. Biz beynəlxalq ictimaiyyəti və inkişaf tərəfdaşlarını bu missiyada bizə qoşulmağa çağırırıq”.

Nazir qeyd edib ki, Azərbaycan BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla uzunmüddətli tərəfdaşlıq münasibətləri saxlayır: “Bu, bizim fəaliyyətimizdə və ətraf mühitin mühafizəsi tədbirlərində mühüm rol oynayıb. Birlikdə biz bütün dünyada təsirə məruz qalan regionların davamlılıq, yenilənmə və ətraf mühitin bərpası simvollarına çevrilməsinə nail ola biləcəyik”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button