Muxtar Babayev Yeni Zelandiya Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Yeni Zelandiyanın baş nazirinin müavini Uinston Peters (Winston Peters) ilə görüşüb.
Polise.az xəbər verir ki, bu barədə COP29-un rəsmi “X hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı tərəflər iqlim dəyişikliyinin təsirləri ilə üzləşən icmalarda davamlılıq yaratmaq üçün birgə səylərin gücləndirilməsi haqqında müzakirələr aparılıblar.
Polise.az