Myanmada zəlzələdə ölənlərin sayı 1644-ə çatıb, 3400-dən çox yaralı var – YENİLƏNİB-6

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Xinhua“ agentliyi Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Məlumata görə, 3400-dən çox yaralı var, 139 nəfər itkin düşüb.

 

***

18.28

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü keçib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatda 3400-dən çox yaralı olduğu bildirilir.

Bu gün Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib.

 

***

10.34

Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

APA xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

***

08.59

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.

APA xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

***

07:21

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.

APA xəbər verir ki, bu haqda “France-Presse” agentliyi məlumat verib.

Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.

***

18:48

Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb.

APA xəbər verir ki bu barədə AFP məlumat yayıb.

Zəlzələ nəticəsində 732 nəfər isə yaralanıb.

Sayın artacağı ehtimal olunur.

Bu gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.

Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.

14:33

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.

APA xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.

Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.

Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.

Qeyd edək ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.

Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, 81 nəfər dağıntılar altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Xilasetmə işləri davam edir, ölənlərin sayının artacağı ehtimal olunur.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button