Nəhəng hotel şəbəkəsi Rusiyanı tərk edir

Böyük Britaniyanın hotel operatoru “InterContinental Hotel Group” (IHG) Rusiya bazarını tərk etməyə hazırlaşır.

Bu barədə “Holiday Inn”in Rusiyadakı mülkünün sahiblərindən biri və iki məsləhətçi mənbə bildirib.

Qeyd edilir ki, IHG Rusiyadakı hotel sahibləri ilə idarəetmə müqavilələrinə xitam vermək üçün danışıqlar aparır, şirkət obyektlərin sahibləri ilə “əməliyyat fəaliyyətində dəyişiklikləri” müzakirə edir.

IHG-nin qərargahı bununla bağlı şərh verməyib.

IHG Rusiya hotel bazarında üç ən böyük beynəlxalq şəbəkədən biridir. Onun Rusiyadakı brendlərinə “Holiday Inn”, “InterContinental”, “Crowne Plaza” və “Indigo” daxildir.

Hamısını Göstər

Related Articles

Back to top button