Nəhayət: Rayonlara gediş-gəliş açılır, qapalı məkanda kafe və restoranlar gecə 12-dək işləyəcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bu qərar 2020-ci il sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minir.