“Nəsə baş verə bilər” – Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı aparılan sülh danışıqlarının gedişinə dair yeni açıqlama verib.

Onun sözlərinə görə, hazırda “çox yaxşı danışıqlar” davam edir və bu prosesin nəticəsində konkret irəliləyiş baş verə bilər.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya və Ukrayna ilə bağlı keçirilən son təmaslar müsbət olub: “Bu gün Rusiya və Ukrayna məsələsi ilə bağlı çox-çox yaxşı danışıqlar oldu. Nəsə baş verə bilər”.

Daha əvvəl yayılan məlumatlarda qeyd olunurdu ki, ABŞ və Ukrayna nümayəndələri mart ayında mümkün sülh sazişinin imzalanmasını müzakirə ediblər. Lakin ərazi məsələləri ətrafında fikir ayrılıqları səbəbindən bu tarixin təxirə salınacağı istisna edilmir.\“AzPolitika.info”\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button