Naftalanda baş verən dəhşətli qətllə bağlı rəsmi məlumat
İyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri – 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan daxil olan məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
09:56
Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb.
APA-nın məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib.
Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.
Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.