Namiq Zeynalov vəzifəsindən qovuldu

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, dünən hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirmiş və rəhbər şəxsləri saxlamışdı. Saxlananlar arasında icra başçısının olduğu barədə məlumatlar var.

N.Zeynalov bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button