Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçildi

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Polisə.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, N.Səfərov dekabrın 9-u saxlanılıb, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



