Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan polise.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elsevər Qurbanov saxlanılıb. E.Qurbanovun üzərinə və  yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 645 qram heroin və 155 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
 
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Hamısını Göstər

Related Articles

Back to top button