Narkotik vasitəni satmaqda şübhəli bilinən şəxlər müəyyən edilərək saxlanıldı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilmişdir.

Polise.az xəbər verir ki, polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılmışdır. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə  kolu götürülmüşdür.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button