Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da saat 16:40-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram olan narkotik vasitənin – marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Polise.az