Narkotiklə tutulan şəxsin oğurluq əməllərinin üstü də açıldı

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan polise.az-a verilən məlumata görə, Bərdə  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə  saxlanılıb.   

Onun üzərinə  keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

S.Kamranzadə barəsində Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button