NATO-da Ukrayna ilə bağlı vəziyyət dəyişir

“Hazırda Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxan alyansa üzv olan ölkələrin sayı tarixi minimum səviyyədədir”.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukraynanın NATO-dakı missiyasının rəhbəri Alyona Getmançuk bildirib.
O deyib ki, NATO üzv ölkələri arasında Ukraynanın alyansa dəvət olunması və üzvlüyü barədə hələ konsensus əldə edilməsə də, tendensiya dəyişir:
“Ukrayna ilə NATO arasında münasibətlərin tarixini analiz etsək, bu gün ittifaq üzvləri arasında Ukraynanın gələcəkdə NATO-ya üzv olmasına qarşı çıxan ölkələrin sayı ən aşağı səviyyədədir”.
Getmançuk vurğulayıb ki, alyansda həmişə Ukraynanın üzvlüyünə qarşı olan ölkələr qrupu olub, amma bu qrup tədricən daralır:
“Bəzi ölkələrin mövqeyi dəyişiklik baxımından dönüş nöqtəsindədir. Bu ölkələrə Fransa və Almaniya daxildir”.
Polise.az



