NATO-dan Rusiyaya xəbərdarlıq: Cavab verəcəyik

Şimali Atlantika Alyansı ölkələri Rusiyanın NATO ölkələri – Polşa və Litva ilə sərhəddə Belarusla birgə keçirdiyi hərbi təlimlərinə cavab verəcəklərini vəd ediblər.
Polise.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr bildirib ki, Rusiya qonşuları sentyabrın 12-dən 16-na kimi gərgin məşqlərə hazırlaşır. Moskvanın NATO qüvvələri ilə ehtimal olunan toqquşmaları məşq edəcəyi iddia edilir.
“NATO və Avropa İttifaqı sərhədlərinə yaxın təlimlərə ciddi yanaşmalıyıq – həm qonşu ölkələr, həm də NATO-nun özü. Litva və müttəfiqlərimiz hazırdır, hadisələri diqqətlə izləyəcək, lazım gələrsə, reaksiya verməyə də hazırdır”, – Litva müdafiə nazirinin müavini Tomas Qodliauskas bildirib.
Polise.az



