NATO-nun baş katibi Danimarka və Qrenlandiya nazirləri ilə danışıqlar aparacaq

NATO-nun baş katibi Mark Rutte Danimarka müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt ilə görüşəcək.

Polise.az  xəbər verir ki, danışıqlar yanvarın 19-da Brüsseldəki NATO qərargahında keçiriləcək.

Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət qazanıb. ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib.

Yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarətlə bağlı planlarını açıqlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button