NATO-nun müdafiə planları aktivləşdirilib

NATO Hərbi Komitəsinin bazar ertəsi Brüsseldə fövqəladə iclasdan sonra yaydığı bəyanatda bildirilib ki, kollektiv müdafiə kontekstində ilk dəfə olaraq alyans cavab qüvvələrinin elementlərini yerləşdirir.

“NATO-nun müdafiə planları aktivləşdirilib və nəticədə ilk dəfə olaraq kollektiv müdafiə kontekstində NATO Cavab Qüvvələrinin elementləri yerləşdirilib”, – deyə məlumatda bildirilib.

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin qeyd etdiyi kimi, bu qərar operativ şəkildə qəbul edilib.

“Müdafiə qalxanımız güclüdür. Bütün müttəfiqlərimizi və Alyansımızı təcavüzdən qorumağa hazırdır”, – Bauer əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button