NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər

NATO-nun növbəti sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski dövlət televiziyasının efirində bildirib.

“Biz sülhməramlı missiya ideyasını ən yaxın müttəfiqlərimizlə müzakirə etdik. Bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq”, – Polşanın Baş naziri qeyd edib.

O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev BMT-yə hələ 2015-ci ildə sülhməramlı əməliyyata başlamağı xahiş edib.

Hamısını Göstər

Related Articles

Back to top button