Naxçıvana dron hücumu zamanı xəsarət alan iki nəfərin vəziyyəti açıqlandı

İranın Naxçıvana dron hücumu zamanı xəsarət alan iki nəfərin vəziyyəti yaxşıdır, yaxın saatlarda onlar xəstəxananın Nevrologiya şöbəsinə yönləndiriləcəklər.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Naxçıvan Mərkəzi Xəstəxanasının təcili tibbi yardım həkimi Rəna Hüseynova məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan bir qadın və bir kişi günorta saatlarında xəstəxanaya yerləşdirilib.

“Qadının durumu yaxşıdır, xəsarət almayıb. Qorxduğu üçün panik-atak keçirib. Kişidə isə beyin silkələnməsi olub və partlayış səslərinə görə qulaqları tutulub”.

Qeyd edək ki, bu gün günorta radələrində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button