Naxçıvanda şəhid və qazi övladlarına, sosial qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib

Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid və qazi övladları, sosial qayğıya ehtiyacı olan uşaqlarla bayram görüşü keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, teatrın kollektivi yazıçı Eluca Atalının qələmə aldığı “Odunçunun nağılı” əsəri əsasında hazırladığı tamaşanı təqdim edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “yaşıl enerji”yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış ideyalarını təşkil edən tamaşanı uşaqlarla birlikdə izləyib.

Fuad Nəcəfli bildirib ki, müstəqilliyimizin ilk illərində Vətənimiz gözlənilməz bəlalarla üzləşib. O, şəhid və qazilərimizin fədakarlıqları sayəsində yurdumuzun bu bəlalardan xilas olduğunu, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Qəhrəmanlarımızın övladları ilə qürur duyduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə uşaqlara bayram təbriklərini və xoş arzularını çatdırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vurğulayıb ki, AHİK-in dəstəyi ilə muxtar respublikada yaşayan şəhid və qazi övladlarına, həmçinin sosial qayğıya ehtiyacı olan 300 nəfər uşağa yeni il hədiyyəsi nəzərdə tutulub.

Sonra tədbirdə iştirak edən uşaqlar səhnəyə dəvət olunub, onlara bayram hədiyyələri verilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button