Naxçıvanın gömrük postunda bəyan edilməyən mallar aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük yoxlaması tətbiq olunub.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlama zamanı yol-nəqliyyat sənədində odundoğrayan maşının ehtiyat hissələri kimi qeyd olunan 583 kiloqram yükün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən, ümumi çəkisi 529 kiloqram olan 588 ədəd tomat pastasının və 10 ədəd qaz ocağının yüklənildiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button