Naxçıvanla əlaqəsinin təmini üçün Bakı-İğdır-Bakı reysi üzrə cədvəl hazırlandı

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

Polise.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:

Reys Bakıdan qalxma İğdıra enmə Avtobusun İğdırdan yola düşməsi Avtobusun Naxçıvandan yola düşməsi İğdırdan qalxma Bakıya

enmə

J2 2251 / 2252 16:30 17:30 18:30 14:00 18:30 21:30
J2 2253 / 2254 17:30 18:30 19:30 15:00 19:30 22:30
J2 2255 / 2256 18:30 19:30 20:30 16:00 20:30 23:30
J2 2257 / 2258 19:30 20:30 21:30 17:00 21:30 00:30 (+1 gün)

Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button