Nazarbayev hakimiyyətdən getdi
Qazaxıstanı bürümüş etirazlar ölkənin Təhlükəsizlik Şurasının ömürlük katibi postunu tutan və bəzi ekspertlərə görə əslində real hakimiyyəti əlində saxlayan Nursultan Nazarbayevin bu vəzifədən istefa verməsi ilə nəticələnib. virtualaz.org xəbər verir ki, bu barədə prezident Kasım-Jomərt Tokayev xalqa müraciətində elan edib.
O bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev artıq ölkənin Təhlükəsizlik Şurasının sədri deyil. Bu barədə prezident Kasım-Jomərt Tokayev xalqa müraciətində məlumat verib. O, bugündən etibarən həmin vəzifəni özü icra etdiyini bildirib.
Tokayev hazırda paytaxt Nur-Sultanda olduğunu və heç yerə getmədiyini açıqlayıb: “Nə olursa-olsun, paytaxtda olacam. Xalqın yanında olmaq mənim konstitusion borcumdur” .
Qeyd edək ki, Qazaxıstanda etirazçılar Nazarbayevi nəzərdə tutaraq “Şal, get!” (“Qoca, get!”) şüarları səsləndirirdilər.