Nazir: Azad edilmiş ərazilərdə 90 mindən çox insan yaşayır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda 90 mindən çox insan yaşayır, təhsil alır və işləyir.
Polise.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində azad edilmiş ərazilərdə müasir yaşayış məntəqələri salınır, ağıllı şəhər və kəndlər yaradılır.
Bayramov minatəmizləmə prosesinin əsas problemlərdən biri olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, 2020-ci ildən bəri 400-dən çox insan mina qurbanına çevrilib.
Polise.az



