Nazir: Beynəlxalq əməkdaşlıq və birgə təlimlər regionda dayanıqlı sülhə töhfə verir

Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlıq və birgə təlimlər regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verir.

Polise.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.

Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button