Nazir “Ekologiya” postuna yeni komandir təyin etdi
Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Mərdan Mehdiyev “Nəvai” postunun komandiri təyin edilib.
“Qaradağ” postunun inspektoru Rəşad Ağayev isə Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olunub.