Nazir müavininin qapalı məkanda maska taxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüş keçirilib. Görüşdə tərəflərin maska taxmadığı diqqət çəkib.

Nazirlik görüş zamanı karantin qaydalarının gözlənilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən görüşdə özü də iştirak edib:

“Görüş qapalı məkanda keçirilib. Cəmi beş nəfərin iştirakı ilə keçirilən görüş zamanı qoruyucu maskalardan istifadə edilib, sosial məsafə gözlənilib.

Görüş zamanı karantin qaydalarına zidd olacaq heç bir məqama yol verilməyib. Yalnız fotolar çəkilən zaman maskalar çıxarılaraq, masanın üzərinə qoyulub. Fotolara baxdıqda da bu aydın şəkildə görünür”.

13:02

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə 18 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı imzalanmış “Niyyət Məktubu”na da toxunulub.

Qeyd olunub ki, həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir.

Anar Kərimov bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

TİKA-nın Bakı Ofisinin kordinatoru Teoman Tiryaki da öz növbəsində ikitərəfli əlaqələrin önəmini qeyd edərək qəbula görə təşəkkürünü bildirib.

Qeyd edək ki, görüşdə iştirak edənlər maska taxmayıb və ara məsafəsi gözlənilməyib.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 29 may 2020-ci il qərarına əsasən qapalı məkanlarda maska taxmaq məcburi olub.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button