Nazir polkovniki təqaüdə göndərdi
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.