Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski… – FOTO

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.
Polise.az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzlandırılıb.
WhatsApp Image 2025-03-26 at 11.49.13.jpeg (10 KB)
Çingiz Yunisov
Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.
Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.
Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.
Çingiz Yunisovun ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button