Nazir təqaüdə çıxan generalları yola saldı

Azərbaycanda daha bir polis generalı təqaüdə göndərilib.

Medianews.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqlarla Mübarizə İdarəsinin MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Bundan əvvəl isə eyni səbəblə DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Hər iki general üçün Daxili İşlər Nazirliyində yolasalma mərasimi keçirilib, onları nazir Vilayət Eyvazov qəbul edib.

Nazir təqaüdə çıxan generalları yola saldı - FOTO
Hamısını Göstər

Related Articles

Back to top button