Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşdü

Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

DİN-in mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.

V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılan normativ-hüquqi bazanın xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

General-mayor Ansaqan Baltabekov təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd edib.

Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olublar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button